Xaçmazda toy yasa döndü - Faciə
1982-ci il təvəllüdlü Saleh Hacıyevlə 1986-cı il təvəllüdlü Rüfət Xeyrullayev arasında mübahisə olub. Mübahisə zamanı Saleh Hacıyev pilləkəndə dayanan dayısı oğlu Rüfət Xeyrullayevi itələyib. Nəticədə Rüfət yıxılıb və başı pilləkənə dəyib.
Hadisədən sonra Rüfət Xeyrullayev qalxaraq evə gedib. Lakin sonradan halı pisləşib və dünyasını dəyişib.
Hadisəni törədən Saleh Hacıyev saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.(ans)