Hava pisləşəcək, yağış yağacaq
Bakı və Abşeron yarımadasında sentyabrın 28-də havanın temperaturu gecə 17-19, gündüz 20-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən də dağlıq və dağətəyi rayonlarda sentyabrın 28-də gecə və axşam saatlarında şimşək çaxacaq, yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.
Qeyd edək ki, sentyabrın 29-30-da isə hava şəraitinin daha da kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi ehtimalı var. Sentyabrın 29-30-da havanın temperaturu ötən günlərlə müqayisədə kəskin - 5-10 dərəcə enəcək.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


