Sonra qonaq Dənizkənarı Milli Parka gəldi.
Qeyd edildi ki, Bakının ən maraqlı və spesifik təbii şəraitə malik guşələrindən biri olan Dənizkənarı Milli Park ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkdan sonra Avropada ikincidir.
V.Jirinovskiyə Milli Parkda həyata keçirilən tikinti və abadlıq işləri haqqında da məlumat verildi.
Daha sonra LDP-nin sədri İçərişəhərlə tanış oldu.
Qonağa əvvəlcə Qız qalası abidəsinin tarixi və qeyri-adi memarlıq özəllikləri barədə məlumat verildi.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da V.Jirinovskidə maraq doğurdu.
Elektromobillə gəzinti zamanı qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə məlumat verildi.
Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park və İçərişəhərlə tanışlıq V. Jirinovskidə xoş təəssürat yaratdı.
AzVision.az