Orduya təkrar çağırışla bağlı AÇIQLAMA

  27 Sentyabr 2014    Oxunub : 3319
Orduya təkrar çağırışla bağlı AÇIQLAMA
Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ehtiyatda olan hərbi vəzifəlilərin Azərbaycan Silahlı Qüvvələrinin hazırda davam edən təlimlərinə çağırılması ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq daxil olan məlumatda bildirilir:

“Ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrinə çağırışı qanunvericiliyə uyğun olaraq yoxlama məqsədilə həyata keçirilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar”.

Səfərbərlik xidməti həmçinin toplanışların davamlılığı məsələsinə də aydınlıq gətirib:

“Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Hərbi vəzifəlilər toplanışa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göndərilir.

Müvafiq Qanuna əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədi ilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 (on) günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər.

Eləcə də Xidmətə həvalə olunmuş vəzifələr sırasında aidiyyəti səfərbərlik planlarının yerinə yetirilməsi üçün təlim və məşqlərin keçirilməsi də yer alır. Xidmət tərəfindən qanunvericilikdən irəli gələn tələblər çərçivəsində mütəmadi olaraq bu kimi tədbirlər həyata keçirilir”.

Teqlər: