İlham Əliyev Rusiyaya gedir
AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı Vladimir Putinin dəvəti ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan prezidentləri sammitdə iştirak edəcəklər. Sammit sabah - sentyabr ayının 29-da Həştərxanda keçiriləcək.
Sammitdə Rusiyanın dövlət başçısı Vladimir Putinin dəvəti ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan prezidentləri iştirak edəcəklər.
Prezidentlərin görüşündə Xəzəryanı ölkələrin qarşılıqlı təsirləri mövzusu müzakirə ediləcək. Bununla yanaşı, 2010-cu ildə Bakıda keçirilən əvvəlki sammitdə qəbul edilmiş qərarlarının reallaşdırılması istiqamətindəki mövzulara da toxunulacaq.
Tədbirdə çoxtərəfli sənədlərin imzalanması da planlaşdırılır. Verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putinin həmkarları ilə ikitərəfli görüşü də nəzərdə tutulub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


