Jurnalist naziri soyundurdu - Biabırçı olay

Jurnalist naziri soyundurdu - Biabırçı olay
  29 Sentyabr 2014    Oxunub:2883
Britaniya hökumətinin üzvü, Mühafizəkarlar Partiyasından olan deputat, vətəndaş cəmiyyətinin inkişafı naziri Bruks Nyumark internetdə qız adından istifadə edərək onu soyunduran jurnalistin tələsinə düşüb.

Virtualaz.org saytı Britaniya KİV-lərinə istinadən xəbər verir ki, beş uşaq atası olan Nyumark gənc qız hesab etdiyi kişi jurnalistə bir neçə çılpaq fotosunu göndərib. Jurnalist isə həmin fotoları işlədiyi tabloiddə dərc edərək naziri biabır edib.

Bu qalmaqaldan sonra nazir Nyumark istefa verdiyini elan edib.

“Mən açıq-saçıq fotolarımın qəzetdə dərcinə görə istefa verirəm” - deyə o bildirib.

Məlumata görə, B.Nyumark “gənc və yaraşıqlı qızla” tanış olandan sonra ona çılpaq şəkillərini göndərib, həmçinin ona Mühafizəkarlar Partiyasının bu gün - sentyabrın 28-də keçirilən konfransı zamanı görüş təklif edib. Konfrans partiyanın gələn ilki seçkilər ərəfəsində ən mühüm tədbiridir.

Bildirilir ki, Bruks Nyumarkın istefasını baş nazir Devid Kemeron qəbul edib. Bu istefa Kemeronun partiyası üçün seçki ərəfəsində ikinci zərbə olub. Bundan əvvəl partiyadan daha bir deputat - Mark Rekless istefa vermişdi.


Teqlər:





Xəbər lenti