İcra Hakimiyyətindən zəlzələ açıqlaması

İcra Hakimiyyətindən zəlzələ açıqlaması
  29 Sentyabr 2014    Oxunub:2683
“Qəbələdə baş verən zəlzələdən sonra heç bir evə ziyan dəyməyib”.
Bu barədə AzVision.az-a Qəbələ rayon icra başçısının birinci müavini Abil Ağasəfov məlumat verib. Onun sözlərinə görə, zəlzələ zamanı rayon ərazisində təlafat qeydə alınmayıb:

“Mən özüm də Qəbələdə yaşayıram. Elə zəlzələni ilk olaraq biz hiss etdik. Şükürlər olsun ki, rayonumuzda nə insan tələfatı qeydə alınıb nə də evlərə ziyan dəyib”,-deyə A.Ağasəfov məlumat verib.

Qeyd edək ki, sentyabrın 29-da Qəbələ rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatına görə, zəlzələ yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə qeydə alınıb.

Zəlzələnin maqnitudası 5,4 bal, dərinliyi 10 km olub.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti