`İsa Qəmbər seçkidə ən çox uduzan siyasətçidir`
Müsavatın qurultayından söz açan deputat qeyd edib ki, partiyada baş verən dəyişikliklər texniki xarakter daşıyır:
“Müsavatın 2010-cu ildən bu yana müxtəlif bəhanələr gətirilərək keçirilməyən qurultayı deyirlər ki, baş tutub. Verilən xəbərlərdən görünür ki, bəzi dəyişikliklər də olub. Amma hamısı texniki xarakter daşıyır. Çünki partiyanın 2018-ci ildə keçiriləcək seçkidə prezidentliyə namizədi yenə İsa Qəmbərdir. Beləliklə, əgər ömür vəfa etsə, biz 2019-cu ildə müsavatçıların növbəti "möhtəşəm" qurultayına da şahidlik edəcəyik. Və həmin qurultayda da oyun 2023-cü ildə keçiriləcək prezident seçkisinə namizədin müəyyənləşməsi üzərində qurulacaq. Heç şübhəsiz ki, o adam yenə İsa Qəmbər olacaq. Və beləcə davam edəcək ta İsa bəy seçkidə ən çox uduzan siyasətçi olaraq "Ginnesin Rekordlar Kitabı"na düşənə kimi”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


