`İsa Qəmbər `nala-mıxa` vurdu`- Siyavuş Novruzov
Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Müsavat Partiyasındakı başqan seçkilərinin nəticələrinə toxunan S. Novruzov bildirib ki, Arif Hacılı namizəd olmasına baxmayaraq, partiyanın İcra Aparatının rəhbəri kimi seçkilərə hazırlığı tamamilə nəzarətinə götürüb: “Narazı olanlar da bildirirlər ki, qurultaya seçilən rayon təşkilatlarının nümayəndələri birbaşa Arif Hacılının tabeliyindəki şəxslər olub. Seçkiləri şəffaf və ədalətli keçirə bilmədilər, bunu öz tərəfdarları da etiraf edir. Əməlli-başlı saxtakarlığa yol verdilər. İsa Qəmbərin tərəfdarları Arif Hacılının seçilməsi üçün nə mümkün idisə, onu etdilər”.
YAP nümayəndəsinin fikrincə, seçkilərdən sonra yaranan narazılıqla əlaqədar bir qrup adamın Müsavatdan gedəcəyi gözlənilir.
Teqlər: