Qubad İbadoğludan etiraz: `Bu, İsa Qəmbərin seçimidir`

Qubad İbadoğludan etiraz: `Bu, İsa Qəmbərin seçimidir`
  29 Sentyabr 2014    Oxunub:1814
“Müsavat başqanlığına namizəd olan Arif Hacılı İcra Aparatının rəhbəri idi. Onun işçiləri var idi və prosesi tənzimləmək imkanı var idi. Biz ona nail olduq ki, formal olaraq da olsa istefa verdi. Amma sonrakı proseslərdə yenə gördük ki, həmin komanda təbliğat prosesində istifadə olunur, bir namizədin xeyrinə istifadə olunur, bunla bağlı etirazlarımızı da bildirik”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğlu bildirib.

Seçkidə Arif Hacılıya məğlub olan Q.İbadoğlu etirazlarını bildirib:

“Vurğun Əyyub, Məryəm Oruclu, Hökumə İbrahimli kimi çox nüfuzlu şəxslər qurultay nümayəndələri cərgəsinə seçilməyib, çünki onların səsi alternativ namizədin mövqeləri ilə üst-üstə düşmürdü. Qurultaya hazırlıq dövründə də çalışdıq ki, partiyanın inzibati resurslarından sui-istifadə hallarına yol verilməsin. Partiyada hər bir namizədin statusu bərbarələşdirilsin. Çünki namizədlərdən biri İcra Aparatının rəhbəri idi. Onun işçiləri var idi və prosesi tənzimləmək imkanı var idi. Biz ona nail olduq ki, formal olaraq da olsa istefa verdi. Amma sonrakı proseslərdə yenə gördük ki, həmin komanda təbliğat prosesində istifadə olunur, bir namizədin xeyrinə istifadə olunur, bunla bağlı etirazlarımızı da bildirik. Təəsssüflər olsun ki, elə təşkilat komitəsinin özündə də qeyri-bərbarəlik var idi, bir namizədin tərəfdarları o biri namizədin tərəfdarlarından 3 dəfə çox idi. Çalışırdıq ki, məsələləri komitə içində həll edək, amma səsvermələrdə həmişə uduzurduq”.

Q.İbadoğlu onu da vurğulayıb ki, seçki prosesində İsa Qəmbərin adından sui-istifadə halları müşahidə olunub: “İcra Aparatının işçiləri rayon təşkilatların, qurultay nümayəndələrinə zənglər edirlər çatdırırlar ki, bu, İsa bəyin seçimidir, indiki siyasi şəraitdə bu seçim daha məqbuldur və s. formada seçkilərin nəticələrinə təsir edəcək müdaxilələr olub. Əgər səsvermə nəticəsində böyük fərq olsaydı mən bu xoşagəlməz məqamları ictimailəşdirməzdim. Amma həqiqətən də belə kiçik fərqin yaranmasında bu hallar böyük rol oynayıb”.

Partiyadakı fəaliyyətinə gəlincə isə Q.İbadoğlu bildirib ki, buna özü tək qərar verə bilməz: “Biz partiyada böyük ziyalı kəsimin dəstəyini almış qüvvəyik. Məsləhətləşmələrimiz, müzakirələrimiz gedir. Yəqin ki, bu həftəsonu yekun qərarımız olacaq”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:





Xəbər lenti