Zəlzələ Qubaya ziyan vurdu

Zəlzələ Qubaya ziyan vurdu
  29 Sentyabr 2014    Oxunub:3208
Sentyabrın 29-da səhər saatlarında respublika ərazisində baş verən zəlzələ Quba rayonunun Xınalıq kəndində müəyyən fəsadlar törədib.
Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq inzibati dairəsi üzrə nümayəndəsi Fizuli Şərifov AzərTAc-a bildirib ki, yaşayış məntəqəsindəki evlərdə dağıntı qeydə alınmasa da, 10-a yaxın evin və bir neçə yardımçı tikililərin divarlarında çatlar əmələ gəlib. Çatlar əsasən coxdan inşa olunmuş və çiy kərpicdən tikilən evlərdə qeydə alınıb.

Kəndin icra orqanlarının nümayəndələri zəlzələdən ziyan çəkən evlərə baxış keçirib, sakinlərlə görüşüblər. Evlərə dəyən ziyan barədə əlaqədar qurumlar məlumatlandırılıb. Quba Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri də vəziyyətlə yerində tanışlıq üçün Xınalıq kəndində olacaqlar.


Teqlər:





Xəbər lenti