Oqtay Şirəliyev xəstələri özü ilə Bakıya gətirdi

Oqtay Şirəliyev xəstələri özü ilə Bakıya gətirdi
  29 Sentyabr 2014    Oxunub:2333
Səhiyyə Naziri Oqtay Şirəliyevin Xaçmaz rayonunda keçirdiyi qəbulun nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 22 Avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasında Xaçmaz və ətraf rayonlardan olan Quba, Qusar, Şabran rayon sakinlərini qəbul etmişdir. Sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər vermişdir. Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 6 nəfər - Xaçmaz rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər – Hepatit komissiyasına, 2 nəfər – Xaçmaz rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbəsinə, 1 nəfər – Akad. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə, 1 nəfər - Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Kliniki tibbi mərkəzə, 1 nəfər – 2 saylı Uşaq Xəstəxanasına, 1 nəfər – Uşaq Nevroloji Xəstəxanasına göndərilmiş və səhhətləri nəzarət altına götürülüb.

Bundan əlavə olaraq, vətəndaşlara səhiyyə ilə bağlı iş təklifləri və vətəndaşların təmin edilməsi ilə əlaqədar olaraq müraciətlərə baxıldı və tədbirlər görüldü.

Qəbul zamanı daxil olan bir neçə müraciət isə dövlət başçısına və səhiyyə nazirinə əhalinin sağlamlığına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə etmək üçün olub.



Teqlər:  





Xəbər lenti