Məktəblərdən şikayət edildi

Məktəblərdən şikayət edildi
  29 Sentyabr 2014    Oxunub:1921
Xətai və Sabunçu rayonlarında səyyar qəbullar keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar sentyabrın 27 – də Xətai və Sabunçu rayonlarında keçirilmişdir. Xətai rayonu üzrə 27 №li məktəbdə keçirilən səyyar qəbulda 27, 55, 56, 58, 59,147, 165, 194 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

Sabunçu rayonu üzrə 170 №li məktəbdə keçirilən səyyar qəbula isə 67, 68, 80, 90, 148, 155, 170, 215, 310, 311 № li məktəblərin müəllim və valideynləri müraciət ediblər.
Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Xətai rayonu üzrə ümumilikdə 29 müraciət, Sabunçu rayonu üzrə isə qrup şəklində olmaqla 7 müraciət qəbul edilib.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sisteminin təşkili, kitab fondunun zənginləşdirilməsi, şagirdlərin asudə vaxtlarının təşkili, bu ildən bəzi məktəblərdə təşkil olunan məktəbəqədər hazırlıq qruplarının fəaliyyəti və ekskursiyalar zamanı avtobusların təşkili ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti