Jurnalistlər üçün daha bir müsabiqə
Müsabiqədə yerli və Azərbaycanda akkreditə olunmuş xarici KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər fərdi və ya müştərək halda iştirak edə bilərlər. Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir yazı (və ya süjet) təqdim edə bilər.
Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalıdır. Məqalələr, televiziya və radio süjetləri Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər.
Məqalələr, televiziya və radio süjetləri Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır. Materialların sonunda "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.
Təqdim edilmiş materiallarda plagiat aşkar edilərsə həmin yazılar (süjetlər) müsabiqədən kənarlaşdırılacaq. Məqalələrin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalələrin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla yaradıcılıq müsabiqəsində iştirak edən namizədin jurnalist vəsiqəsinin surəti ilə birlikdə 1 noyabr 2014-cü il tarixinədək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilməli, materialların elektron versiyası isə həmin tarixədək "[email protected]" poçt ünvanına göndərilməlidir.
Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya və radio süjetləri İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 noyabr 2014-cü il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


