“Human Rigths Watch Qərbin maraqlarına xidmət edir”

“Human Rigths Watch Qərbin maraqlarına xidmət edir”
  29 Sentyabr 2014    Oxunub:1466
“Human Rigths Watch” təşkilatı ilk dəfə deyil ki, Azərbaycanla bağlı tənqidi hesabat hazırlayır. Bu və digər təşkilatlar müəyyən dövlətlərin siyasi sifarişini yerinə yetirir”
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı növbəti hesabatını şərh edərkən deyib.

O vurğulayıb ki, Barak Obamanın məlum çıxışı, Avropa parlamentinin qətaməsi və “Human Rigths Watch” təşkilatının açıqlaması bunların hamısının bir mərkəzdən idarə olunduğunu göstərir:

“Həmişə demişəm, yenə deyirəm ki, ölkədəki 3-5 təşkilatdan informasiya əldə etməklə və bu informasiyanın nə dərəcədə doğru olub-olmadığını yerində yoxlamdan, hansısa açıqlama ilə hesabat yazmaq düzgün deyil. Avropa İttifaqı ilə bağlı Avropa parlamentarilərinin qəbul etdiyi qətnamə ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, həmin parlamentarilərin demək olar ki, heç biri Azərbaycanda olmayıb. Azərbaycanı, reallığı görmədən belə qətnamə qəbul edib. “Human Rigths Watch” da qərbin maraqlarına xidmət edən təşkilatdır”.

Ç.Qənizadə hesab edir ki, adı çəkilən hesabat “QHT-lər haqqında” Qanuna yeni qəbul olunan dəyişikliklərdən qaynaqlanır:

“Onları qıcıqlandıran budur ki, QHT-lər haqqında qanuna dəyişikliklər olub və bu dəyişiklikləri də Milli Məclisə təqdim edən şəxs mənəm. Mən də QHT-çiyəm. Hesab edirəm ki, mənim kimi digər QHT-çilər də cəmiyyətə açıq, şəffaf olmalıdırlar, maliyyələrinin haradan gəlib hara getməsinə dair hesabat verməlidirlər. Bunlar olmadan qeyri-şəffaf fəaliyyət göstərdiyi halda biz onların qarşısına bariyer qoyduğumuz zaman beynəlxalq təşkilatlar dillənməyə başlayır. Niyə? Çünki həmin təşkilatların sifarişi əsasında bu cür QHT-lər istənilən mahnıya, istənilən havaya oynamağa hazır idi. Biz QHT-lərin fəaliyyətini məhdudlaşdırmamışıq, şəffaf çalışmaları istiqamətində işlər görmüşük. Qanun şahdır və o hamı üçün eyni olmalıdır”.

Tənqidi hesabatların əsas səbəbinin nə olduğuna gəlincə isə millət vəkili bunu Azərbaycanın uğurları ilə izah edib: “Əsas səbəb Azərbaycandakı siyasi sabitlik, onun uğurlarıdır. Bəzi dövlətlər də bu gün də çalışır ki, Azərbaycanda siyasi sabitlik olmasın. Bu məqsədlə hesabatdakı kimi olmayan məsələləri qabartmaqla öz mövqelərini nümayiş etdirirlər. Azərbaycanın hansısa dövlətin vassalı olmasını, müstəqil siyasət yürüttməməsini istəyirlər. Onların Azərbaycandakı əlaltılarının fəaliyyətini tənzimləyən qanunlar qəbul edəndə belə cırnayırlar”.

Qeyd edək ki, “Human Rights Watch” təşkilatı növbəti hesabtında da Azərbaycanla bağlı tənqidi fikirlərə yer verib. Hesabatda qeyd olunur ki, ölkədə hüquq-müdafiəçilərinə və QHT-lərə qarşı təzyiqlər var.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti