Oktyabrın hava proqnozu
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi ərazilərdə və Lənkəran-Astara zonasında iqlim normasından bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındir.
Gecələr 11-16 dərəcə isti təşkil edəcək, lakin üçüncü ongünlüyün bəzi günlərində temperaturun iqlim normasından bir qədər aşağı olacağı gözlənilir.
Gündüzlər 18-23 dərəcə isti olacağı, birinci ongünlüyün bəzi günlərində temperaturun 25-27 dərəcəyədək yüksələcəyi, üçüncü ongünlüyün bəzi günlərində isə 12-16 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr ayın birinci yarısında 5-10 dərəcə, bəzi günlərdə 15 dərəcəyədək yüksələcəyi, üçüncü ongünlükdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcəyi gözlənilir.
Gündüzlər 20-25 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 28 dərəcəyədək isti olsa da, üçüncü ongünlükdə 11-16 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacağı, bəzi yerlərdə isə normadan çox olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır, lakin bəzi günlərdə normadan bir qədər yüksək olacağı ehtimalı var. Gecələr 1-6 dərəcə şaxta, bəzi günlərdə 10 dərəcəyədək isti, üçüncü ongünlükdə temperaturun normadan aşağı olacağı, hətta bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər 13-18 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 20-24 dərəcə isti olsa da, üçüncü ongünlükdə 5-10 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 11-16 dərəcə isti, üçüncü ongünlükdə 2-7 dərəcə isti təşkil edəcək.
Gündüzlər 18-23 dərəcə isti olacağı, ayın birinci yarısının bəzi günlərində temperaturun 28 dərəcəyək yüksələcəyi, üçüncü yarısında isə 13-18 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm) olacağı, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 7-12 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 15 dərəcəyədək yüksələcək, üçüncü ongünlüyün sonunda isə 0-4 dərəcəyədək şaxta təşkil edəcəyi gözlənilir.
Gündüzlər 11-16 dərəcə isti, ayın birinci yarısında 18-23 dərəcə olacaq, bəzi günlərdə temperatur 25 dərəcəyədək yüksələcək, üçüncü ongünlükdə isə 5-10 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-126 mm) olacağı, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 11-16 dərəcə isti, bəzi günlərdə 19 dərəcəyədək isti, üçüncü ongünlükdə 9-14 dərəcə, bəzi günlərdə isə 17 dərəcəyədək isti təşkil edəcək.
Gündüzlər 18-23 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 25-30 dərəcə, üçüncü ongünlükdə isə bəzi günlərdə 10-15 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-51 mm), bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 10-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 10-15 dərəcə isti olacağı, bəzi günlərdə 18 dərəcəyədək, üçüncü ongunlükdə isə 5-10 dərəcə isti, dağlıq ərazilərdə 0-5 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.
Gündüzlər 17-22 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 27 dərəcəyədək isti, üçüncü ongünlükdə isə bəzi günlərdə 10-15 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Teqlər: