“İsa Qəmbərin namizəd olması Arif Hacılıya təhqirdir”

“İsa Qəmbərin namizəd olması Arif Hacılıya təhqirdir”
  30 Sentyabr 2014    Oxunub:2160
“İsa Qəmbər mətbuata deyirdi ki, 800 qurultay iştirakçısı var, ancaq 450 nəfər iştirak edib. Onsuz da İsa Qəmbər Azərbaycan siyasi tarixinə İlham Əliyevə məğlub olmuş, Əbülfəz Elçibəyin hakimiyyətini parçalamış, 1998-ci ildə Əbülfəz Elçibəyin müxalifətin vahid namizədi olmasına əngəl olan uğursuz bir başqan kimi düşüb. Həm də 10 ildir ki, prezident seçkilərində İlham Əliyevə rəqib olmağa cəsarət etmir”.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, İsa Qəmbər başqan qalmaq niyyətində olsa da, Arfi Hacılı imkan verməyib və onlar arasında olan razılaşma həyata keçirilib:

- Müsavatın nizamnaməsinə görə, 4 ildən bir partiyanın qurultayı keçirilməlidir və 4 ildir ki, qurultay keçirlmirdi. Ancaq bunlar 4 il qabaq qurultaya seçilən nümayəndələrlə növbəti qurultay keçirdilər. Bu faktın özü İsa Qəmbərin necə “demokratik” fikirli birisi olduğuna bariz nümunədir. İsa Qəmbərin 2018-ci ildə prezidentliyə namizəd kimi irəli sürülməsi isə Arıf Hacılıya qarşı həqarətdir. İsa Qəmbərin 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürülməsinə razılıq verməklə, daha doğrusu dəstəkləməklə Arif Hacılı partiyada hansı uğuru qazanacaq?

Bu adam 22 ildir partiyaya heç bir uğur gətirməyib və artıq başqanlıqdan gedib. Partiyanın qurultay nümayəndələri yeni başqan seçiblər. 2018-ci ildə başqanın deyil, İsa Qəmbərin prezidentliyə namizəd olaraq irəli sürülməsi həm də o deməkdir ki, uğursuzluq bundan sonra 20 il də davam edəcək.

- Bundan sonra partiyada nələr baş verə bilər? Çünki belə bir fikir var ki, partiyanın dağılması mümkündür...

- Şəxsi qənaətim budur: İsa Qəmbər Arif Hacılıya vəd verməsinə baxmayaraq, çox çalışdı ki, yerlisi Qubad İbadoğlu başqan seçilsin. İsa Qəmbərin dəstəyi olmasaydı, Qubad İbadoğlu heç vaxt Qəmbərin müavinlərinin, partiyada olan vəzifəli şəxslərin dəstəyini alıb 450 nəfərin 200 səsini qazana bilməzdi. Sadəcə, Arif Hacılı çox az səslə bunlara qalıb gəldi. Artıq dünəndən Müsavatda istefalar başlayıb. Bu gözlənilən idi. Yaxın zamanlarda Müsavatdan xeyli istefalar olacaq. Arıf Hacılı partiyadakı əleyhdarlarının heç birini saxlamayacaq. Artıq Vurğun Əyyub kimilər Arif Hacılının legitimliyini tanımırlar. Bu partiyada nə baş verməsindən asılı olmayraq, Müsavatın heç bir perspektivi yoxdur...



Teqlər:  





Xəbər lenti