Bir neçə rayonda qaz kəsiləcək

Bir neçə rayonda qaz kəsiləcək
  30 Sentyabr 2014    Oxunub:1217
Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dan 16:00-dək Quba rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Xəzər rayonunu bir hissəsinə, saat 18:00-dək Sabunçu, Ağstafa və Tovuz rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Oğuz rayonuna və Qobustan rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti