Arif Hacılının qardaşı Qubad İbadoğlunu `vurdu`

Arif Hacılının qardaşı Qubad İbadoğlunu `vurdu`
  30 Sentyabr 2014    Oxunub:3927
“Müsavatdakı seçki ərəfəsində yazmışdım ki, namizədlər seçki kampaniyasında özlərini gözlədiyimdən də yaxşı, demək olar ki, ideal aparırlar”.
AzVision.az xəbər verir ki, bu sözləri Əhrar partiyasının sədri, Müsavatın yeni başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli deyib.

Onun sözlərinə görə, seçkidən sonra gözləmədiyi halda Tural Abbaslı özünü çox ağayana aparıb:

“Hərçənd ki,onun və onunla birlikdə məhbus olmuş Əhəd bəyin, Rüfət bəyin məclisə seçilməməsi istənilən halda mənə təəccüblü gəldi. Bunun qarşılığında gənc olduğu üçün bu hadisəyə çılğın reaksiya verəcəyi gözlənilən Tural bəy özünü yetkin siyasətçi və əsl müsavatçı kimi apardı”.

V.Hacıbəyli başqanlığa digər namizəd Qubad İbadoğlununçıxışlarını pisləyib. Bildirib ki, təcrübəli, ziyalı, guya həmişə təmkinli olduğu deyilən və seçkilərdə də şəxsən gözlədiyimdən də daha uğurlu nəticə qazanan digər namizəd (Qubad İbadoğlunu nəzərdə tutur-red) isə yenə gözləmədiyim halda məyusedici açıqlamalar verməkdə davam edir və bu halda açıq-aşkar faktları təhrif edir.

O, Qubad İbadoğlunun “bütövlükdə Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzmuşam” fikirini normal qəbul etməyib:

“Vurğun Əyyub, Mehman Cavadoğlu, hətta Hikmət Hacızadə kimi məşhur Divan üzvləri səninlə bərabər görüşlərə getmiyiblərmi? Onlar Müsavat rəhbərliyi deyilmi? İsa Qəmbərin guya gizlində kiməsə dəstək verməsi də absurddur. İsa bəyin doğma qardaşı, ağsaqqal əmisi, başda dostum Vəzir olmaqla mühafizəçiləri, Müsavatdakı qohumu Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək veribsə, onda İsa bəy əl altından sənin əleyhinə nə iş görüb? Digər tərəfdən, İsa bəyin səs hüququnu kim əlindən alıb? O, müsavatçı deyil, bəyəm? Budurmu sizin yeni təfəkkürünüz,yeni nəfəsiniz,yeni simanız? Kənardan heç də yaxşı görünmür”.

AzVision.az


Teqlər:





Xəbər lenti