Ziyafət Əsgərov deputatlara atmaca atdı və ...

Ziyafət Əsgərov deputatlara atmaca atdı və ...
  30 Sentyabr 2014    Oxunub:2276
Parlamentin sentyabrın 30-da başlayan payız sessiyasının ilk plenar iclasında maraqlı məqam yaşanıb.

AzVision.az-ın məlumatına görə, Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı millət vəkili, eks "Ana Vətən"çi Zahid Orucdan sonra çıxış növbəsi onun keçmiş sədri, deputat həmkarı Fəzail Ağamalıya çatıb.

Bu məqam isə iclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərovun diqqətindən yayınmayıb və o, yarıciddi-yarızarafat şəkildə hər iki deputatın ünvanına atmaca atıb:

"Bilmirəm, təsadüfdəndir ya nədəndir, bu gün ikinci dəfədir Fəzail Ağamalı Zahir Orucdan sonra çıxış edir..."

Buna cavabında isə F. Ağamalı " Atmacanızı və təbəssümünüzü anlayışla qarşılayıram" deyib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti