`Onlar Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər`

`Onlar Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər`
  30 Sentyabr 2014    Oxunub:1606
“Belə çıxır ki, Qərb dairələri o qeyri-hökümət təşkilatlarını dəstəkləyir ki, onlar barışıq adı altında Azərbaycanın milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərirlər və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər”.

AzVision.az-ın məlumatına görə, bu sözləri parlamentin bu gün keçirilən plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədi Əli Hüseynli deyib.

Deputat bildirib ki, Milli Məclisin bu gün gündəliyinə salınan məsələlərdən bəziləri Avropa İttifaqına daxil olan ölkələrlə əməkdaşlığa aiddir:

“Əgər bu gün Milli Məclisin gündəliyinə fikir versək görərik ki, öndə gedən bir çox məsələlər vacibdir. Onlar Avropa İttifaqına üzv olan ölkələr İtaliya, Fransa ilə əməkdaşlıq sazişlərinin imzalanmasıdır. Azərbaycan və Avropa İttifaqı arasında digər bir sazişin izalanmasıdır. Beləliklə biz görürük ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə sıx əməkdaşlıq qurur. Amma təəssüflər ki, sizlərin də qeyd etdiyi kimi Avropanın vacib bir qurumu olan Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-obyektiv qərar qəbul edir.

Oqtay müəllim, bayaq siz də qeyd etdiniz. Yeni seçilmiş deputatlar nəinki Azərbaycanda olmayıblar, onlar fəaliyyətə yeni başlayıblar. Amma kimlərinsə göstərişi ilə Azərbaycan adına qərarlar qəbul edirlər. Bu, onun göstəricisidir ki, əslində Avropa Parlamentarizminin özü çökməkdədir. Belə bir fikir yürədən, araşdıran Avropa Parlamenti haqqında danışa bilmirik”.

Əli Hüseynlinin sözlərinə görə, Azərbaycanla bağlı qərarların arxasında bir sıra hallarda erməni lobbisi durur: “Digər hallarda isə Avropadan olan qüvvələr durur. Amma sizlərə bu fikri tamamilə bölüşürəm ki, biz təmsil olunduğumuz həm komitədə, həm də Avronest Parlament Assambleyası ilə əməkdaşlığımıza yenidən baxmalıyıq. Çünki biz işləri başlayanda tamamilə başqa şərtlər çərçivəsində başlamışdıq. Ortada qəbul olunmuş qərarlar, sənədlər və nizamnamələr var və mütləq biz növbəti görüşlərdə bu məsələni qaldırmalıyıq. Eyni zamanda xüsusi vurğulmaq istəyirəm ki, təəsüflər olsun ki, Azərbaycanın Avropa İitifaqına, Avropa ölkələrinə enerji təhlükəsizliyi baxımından verdiyi töhvfəyə onlardan adekvat cavab ala bilmir.

İkinci qeyd etmək istədiyim məsələ isə həm ABŞ rəhbərliyi tərəfindən, həm də Avropa Parlamentində Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı səsləndirlən qeyri-adekvat fikirlərdir. Bunların bir hissəsi QHT-lərlə bağlıdır. Belə çıxır ki, qərb dairələri o qeyri-hökümət təşkilatlarını dəstəkləyir ki, onlar barışıq adı altında Azərbaycanın milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərirlər və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Hesab edirəm ki, cənab sədr vaxtı gəlib çatıb ki, ümumiyyətlə qrantlar vasitəsilə həm xarici hüquqi şəxslərin, həm milli QHT-lərin maliyyələşməsində şəffaflığı biz gücləndirək və bununla bağlı bir sırav qanunvericilik təşəbbüsləri biz etməliyik. Çünki indi Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edir, Korrupsiya qarşı mübarizə ilə bağlı öz töhfələri verir, bu isə həm də vətəndaş cəmiyyətinə aiddir. İnanmıram ki, Azərbaycanda elə bir vətəndaş və vətəndaş cəmiyyəti olsun ki, Dağlıq Qarabağ probleminin həllinin bax bu cür onlar təklif etdiyi yolu müdafiə etmiş olsun”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti