Elman Türkoğlu Xədicə İsmayılı məhkəməyə verdi

Elman Türkoğlu Xədicə İsmayılı məhkəməyə verdi
  30 Sentyabr 2014    Oxunub:3713
Bir qədər bundan əvvəl “Azadlıq” Radiosunun əməkdaşı Xədicə İsmayıl Klassik Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü, “bayraqdar” Elman Türkoğlunun guya Milli Təhlükəsizlik Nazirliyinin zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması haqda məlumat yaymışdı.

Bundan başqa, Xədicə İsmayıl onun narkotik maddələrdən istifadə etməsi, 4 nəfər qeyri-ənənəvi seksual orientasiyaya malik şəxslərlə cinsi əlaqədə olması haqda məlumat yaymışdı.

Həmçinin bildirmişdi ki, Elman Türkoğlu Şəki rayon sakini Niftalıyeva Leyla Adil qızını zorlayıb. Bu məlumatlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmışdı.

AzVsion.az-ın əldə etdiyi məlumata əsasən, bununla əlaqədar olaraq Elman Türkoğlu (Həsənov) Xədicə İsmayılın Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə müraciət edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti