Azərbaycan ULDUZ markasını yaratmalıdır - FOTOLAR

Azərbaycan ULDUZ markasını yaratmalıdır - FOTOLAR
  30 Sentyabr 2014    Oxunub:6439
Bu gün Açıq Qapı günü çərçivəsində mətbuat nümayəndələrinin yerli şirkət olan Ulduz Şokolad fabrikinə səfəri təşkil olunub. Jurnalistlər səfər zamanı fabrikdə istehsalat prosesi ilə də tanış olublar.
“Azərbaycanda yerli məhsullar isteklakçılar tərəfindən inamsızlıqla qarşılanır. Ona görə də biz istehlakçıları inandırmalıyıq ki, yerli məhsul hamısından keyfiyyətlidir”.

AzVision.az xəbər verir ki, bu sözləri "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin "Ulduz" Şokolad fabrikinin direktoru Vüsal Şərifov bu gün Açıq Qapı günü çərçivəsində baş tutan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın aqrar sahədə qazandığı uğurlar Rusiya və MDB ölkəri tərəfindən qəbul edilir: “Azərbaycan şokolad ölkəsi deyil, amma aqrar sahədə xeyli inkişaf etmiş potensiala malik ölkələrdəndir. Biz də çalışırıq ki, Azərbaycanın ULDUZ şokolad markasını formalaşdıraq və yüksək texnologiya ilə istehsal onumuş bir məhsulu ortaya qoyaq. Belçika əhalisinin sayı bizim əhali sayı ilə aşağı-yuxarı eynidir. Amma onlar dünyanın hər yerinə şokolad istehsal edirlər. Onlar qadirdir, biz niyə qadir olmayaq? Bizim də məqsədimiz odur”.
V.Şərifov qeyd edib ki, “ULDUZ” fabrikinin əsas məqsədi yerli və xarici bazarlarda beynəlxalq standratlara cavab verən yüksək keyfiyyətli və genuş çeşidli məhsullar təqdim edərək öz nüfuzunu qorumaq və artırmaq, fəaliyyət sahəsini yerli və beynəlxalq qanunvericiliyin tələbləri, Keyfiyyət İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə uyğun olaraq qurmaq və Halal Qida qanunlarına riayət edərək, istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməkdir: “Hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışmaqdadır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də saylarının bir neçə dəfə artmasına şərait yaradacaqdır. Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuş yaraşıqlı binada yerləşir. Fabrik rəhbərliyi işçilərin rahatlığını təmin etmək məqsədilə işçilərin iş vaxtı çay və isti yeməklə, işə gəlib getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. İşçi heyyətinin bilik və bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar və seminarlar təşkil olunur. Fabrik işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir”, deyə o xüsusilə vurğulayıb.

Direktor onu da qeyd edib ki, fabrik inkişaf edərək ölkə hüdudlarından kənarda da daha çox tanınmağa və istehlakçı auditoriyasını genişləndirməyə nail olub: “Fabrikin ixrac potensialı daha da artırılaraq Rusiya Federasiyasının Moskva, Sankt Peterburq, Ufa, Maxaçkala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belorusiya, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə Azərbaycan məhsullarının ixracına başlanılıb. Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə, müasir texnologiyaların istehsalata tətbiqi, eləcə də müştəri məmnuniyyəti “ULDUZ”un əsas fəaliyyət hədəflərindəndir”, deyə o diqqətə çatdırıb.

V.Şərifovun sözlərinə əsasən, Artıq Azərbaycanın milli brendinə çevrilən “ULDUZ” şokoladları hər bir ailənin, süfrələrimizin, xonçalarımızın bəzəyinə çevrilib: “Və kollektivin qarşısına qoyduğu əsas məqsəd milli dəyərlərin qorunmasında yaxından iştirak etmək, iqtisadiyyatın möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşması istiqamətində ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə layiqincə nail olmaqdır”, deyə o sonda vurğulayıb.

Qeyd edək ki, 2009-cu ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prodekspo-2009” sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında “Ulduz” fabrikinin şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin Qızıl medalına layiq görülüb. Sərgi zamanı xarici ekspertlər, marketoloqlar və təchizatçılar “Ulduz” fabrikinin şokoladlarından razılıq edərək, yüksək qiymətləndiriblər.
Qeyd olunanlarla yanaşı fabrikin əməkdaşları 2012-2014-cü illər ərzində bir sıra beynəlxalq sərgilərdə, konfranslarda da iştirak etmişlər. Ötən dövr ərzində Ulduz şokolad fabriki Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalanıb.
2014-cü ilin sentyabrın 15-18-i tarixlərində “Ulduz” şokolad və karamel fabriki daha iki beynəlxalq qida sərgisində iştirak edib. Bunlardan biri Moskvada keçirilmiş “World Food Moscow 2014” və Tehran şəhərində baş tutmuş “13th Iran International Confectionery Fair” sərgiləri idi. Burada “Ulduz” şokolad və karamel fabriki ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsuları ilə təmsil ediblər.
Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir. 2013-cü ilin noyabrında fabrik daha bir uğura imza ataraq “Qida təhlükəsizlik platin” fərqlənmə nişanı ilə təltif edilib. Bu, Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilən Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi adlı keyfiyyət nişanıdır.

















Mirvari Nəcəf



Teqlər:





Xəbər lenti