QHT-lər və qrantlarla bağlı qanun sərtləşdirilir

QHT-lər və qrantlarla bağlı qanun sərtləşdirilir
  30 Sentyabr 2014    Oxunub:2177
Qeyri-hökumət təşkilatları və qrantlarla bağlı qanunlara ciddi və sərtləşdirci dəyişikliklər nəzərdə tutulur.

AzVision.az-ın məlumatına görə, sözügedən qanunlara təklif olunan dəyişikliklər məsələsi Milli Məclisin İqtisadi siyasət, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin sentyabrın 30-da keçirilən birgə iclasının müzakirəsinə çıxarılıb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsin sədri Əli Hüseynli ilk öncə hər iki sənədə dəyişikliklərin onun özünün təşəbbüsu ilə meydana gəldiyini bildirib:

"Hər iki qanuna dəyişiklilklər edilməsinin təşəbbüsçülərindən biri də mən özüməm və belə hesab edirəm ki, bir çox məsələlərdə olduğu kimi, bu məsələlərdə də şəffaflığa ehtiyac var. Onu da qeyd edim ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra ciddi tədbirlər görülür və uğurlu nəticələr də əldə edilməkdədir. Bu baxımdan bir daha hesab edirəm ki, QHT-lərlə bağlı məsələlərdə, xüsusilə, xarici donorlar tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı məsələlərdə də şəffaflığa ehtiyac var. Müzakirəyə çıxarılan dəyişikliklər də məhz bunları nəzərdə tutur".

Komitə sədrinin dediyinə görə, "QHT-lər haqqında" qanunun 24-1.5-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yəni, bundan sonra qeyri-hökumət təşkilatı, habelə, xarici dövlətlətin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliiyatlar isə aparıla bilməz.

Həmçinin,sözügedən qanunun 24-2.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən müqavilə olmadan və ya qeydiyyata alınmamış müqailə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökuməti təşkilatı İnzibati Xətalar Məcəlləsinı əsasən məsuliyyət daşımalı olacaqlar.

"Qrantlar haqqında" qanuna gəlincə, həmin sənədə 5-1-ci hissənin əlavə olunması təklif edilir ki, burada da donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydasının müvafiq icra hakimiyyəıti orqanı tərəfindən müəyyənləşdirimləsi nəzərdə tutulur.

Müzakirələr zamanı millət vəkili Vahid Əhmədov təklif olunan dəyişikliklərin cəmiyyətdə birmənalı qarşılanmayacağını qeyd edib.

Müzakirələrdən sonra hər iki qanun layihəısi parlamentin plenar iclasına tövsiyə olunub.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti