Deputat Müsavatdakı seçki saxtakarlığından danışdı

  01 Oktyabr 2014    Oxunub : 1219
Deputat Müsavatdakı seçki saxtakarlığından danışdı
“Yaxşı ki, Müsavatın seçkilərinə başqa partiyanın üzvləri iştirak etməyiblər. Yoxsa seçki saxtakarlığına onların boyunlarına atacaqdılar”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Adil Əliyev bildirib. Müsavatın qurultayından söz açan deputat partiya fəalı Vurğun Əyyubun fikirlərini Facebook səhifəsində paylaşıb:

“Deyirem, yaxşı ki, Müsavatın seçkilərində başqa partiyanın üzvləri iştirak etməyiblər, yoxsa seçki saxtakarlığını boyunlarına atacaqdılar.

V.Əyyub yeni başqan Arif Hacılını təbrik etməyəcəyini deyib: “Legitimliyi şübhə altında olan başqanı mən heç vaxt təbrik etməyəcəyəm”.
V.Əyyub Məclis üzvlüyündəki fəaliyyətini davam etdirib-etdirməyəcəyi haqda qərar vermədiyini bildirib:
“Məndə olan faktlara görə, seçkilərin nəticələrinin legitimliyi şübhə altındadır. Nəticələrin ləğv edilməsi və təkrar seçki keçirilməsi barədə hələ ki düşünməmişəm. Amma bu istiqamətdə faktlar getdikcə toplanır...”

AzVision.az

Teqlər: