Nazirliyə 7 min insan müraciət etdi

Nazirliyə 7 min insan müraciət etdi
  02 Oktyabr 2014    Oxunub:1414
Son bir ayda ƏƏSMN-nin 142-“Çağrı mərkəzi”nə müraciətlərin 94,5 faizi sorğu xarakterli olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu ilin sentyabr ayında ƏƏSMN-nin 142-“Çağrı mərkəzi”nə 6834 müraciət daxil olub. Sorğuların 68,2 faizi, yəni 4410 müraciət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə ilə bağlı işəgötürənlər tərəfindən edilib.

Bundan başqa, ötən ay “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 1551-i sosial təminat, 303-ü əlillik və reabilitasiya, 570-i məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma ilə bağlı olub.

Ümumilikdə bu ilin 9 ayında isə 142-“Çağrı mərkəzi” tərəfindən 17 061 müraciət cavablandırılıb ki, onlardan 8549-u əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı, 1229-u məşğulluğun təminatı, 913-ü əlillik və reabilitasiya, 6370-i sosial təminat məsələlərini əhatə edib.

Bütün müraciətlər nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən operativ və obyektiv şəkildə cavablandırlıb, habelə sorğularla bağlı müvafiq izahatlar verilib.


Teqlər:





Xəbər lenti