SOCAR-da kütləvi ixtisar: 300 nəfər işdən çıxarılır

SOCAR-da kütləvi ixtisar: 300 nəfər işdən çıxarılır
  02 Oktyabr 2014    Oxunub:3289
“Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbərliyi 300 nəfərədək işçiyə ixtisar xəbərdarlığı verib”.
AzVision.az xəbər verir ki, bu barədə Nefçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, ixtisara salınan işçilərin əksəriyyəti qadınlardır:

“Heydər Əliyev adına neft emalı zavodunun rəhbərliyi 300-nəfərədək işçiyə ixtisar xəbərdarlığı verib.Bu işçilərin əksəriyyəti qadınlardır. İşçilərə təklif olunub ki,əgər onlar bir ay müddətində işdən çıxmaq haqqında ərizə yazsalar ,onlara əmək haqqının 5 misli qədər kompensasiya veriləcək. Onu da qeyd edim ki, ixtisar getdiyi halda bəzi hallarda kənardan, işçi qəbulu müşahidə olunur.Təşkilatımız ixtisarlardan narahardır.Dəqiqləşdirilmə aparılır. Bir neçə qadın təşkilata müraciət edib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti