Qurbanlıq ətin satıldığı yerlər- Siyahı

Qurbanlıq ətin satıldığı yerlər- Siyahı
  03 Oktyabr 2014    Oxunub:2355
Oktyabrın 4-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərində qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yarmarkalarda müasir standartlara cavab verən yeni modul tipli, insanların rahatlığının təminatı üçün səyyar kəsim məntəqələri quraşdırılıb, heyvanların saxlanılması üçün çadırlar qurulub.

Qurbanlıq heyvanlar Yasamal rayonu, Şərifzadə küç. 196, “İdeal” şadlıq sarayının həyəti; Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfi, Zəngəzur şadlıq evi ilə üzbəüz; Binəqədi rayonu, 8-ci mikrorayon, C. Xəndan küçəsi ilə Atatürk prospektinin kəsişməsi; Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə Fətəli xan prospektinin kəsişməsi; Nizami rayonu, R. Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsi, Neolit şadlıq sarayının yanı; Xətai rayonu, M. Hadi küçəsi, Ukrayna dairəsinin yanı; Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi; Sabunçu rayonu, Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı ünvanlarında satılacaq.


Teqlər:  





Xəbər lenti