Gəncə gölündə `möcüzə`- VİDEO

Gəncə gölündə `möcüzə`- VİDEO
  03 Oktyabr 2014    Oxunub:9359
7 hektar ərazidə yaradılmış əfsanəvi “Gəncə gölü” 4000 yaşlı qədim Gəncənin tarixinə qızıl hərflərlə həkk olunub.

Şeyx Nizami yurdunun bəzəyinə çevrilən möhtəşəm Heydər Əliyev Park-Kompleksində yaradılmış süni göldə üzən balıqlar gölə daha da yaraşıq verir. 4 ay bundan əvvəl gölə müxtəlif növ balıqlar buraxılıb. Artıq balıqlar böyüyüb və möcüzəli Heydər Əliyev Park-Kompleksinə gəzintiyə gələnlər tərəfindən maraqla izlənilir. Gölə salınmış balıqlardan Koi, böyük bir akvarium balığıdır. İlk Yaponiyada evcilləşdirilən koinin yabanı atası Karpdır. Koi-Karp balıqları nəslindəndir, lakin onun kimi yaşıl deyil. Əksinə al-əlvan qırmızı, ağ, qara və ya gümüşü olurlar.




Teqlər:  





Xəbər lenti