Nazir tələbələrə təqaüd ayırdı - 100 manat

Nazir tələbələrə təqaüd ayırdı - 100 manat
  03 Oktyabr 2014    Oxunub:2437
Təhsil naziri Mikayıl Cabbarov “Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi barədə” əmr imzalayıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, “Gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına xidmət edir.

Təqaüd 100 manat məbləğində olmaqla Azərbaycanda pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunur.


Teqlər:  



Xəbər lenti