Şəmkirdə qanlı olay: bacısının sevgilisini güllələdi
Şəmkir rayon sakini Rəşid Cəlil oğlu İmanovun güllələnmiş meyiti yaşadığı mənzildən tapılıb. Həyata keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, qətl hadisəsi sentyabrın 29-da R.İmanovun qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Gülmira Abdullayevanın qardaşı Mirəzim Allahverənov tərəfindən törədilib.
Hadisəni törədən M.Allahverənovun tutulması istiqamətində tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: