İcra hakimiyyətində yoxlama aparılacaq

İcra hakimiyyətində yoxlama aparılacaq
  03 Oktyabr 2014    Oxunub:3660
Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Palatadan AzVision.az-a verilən məlumata görə, dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı İstismarı İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi qərara alınıb. Eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olununacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti