İbadoğlu ilə Hacılının başqanlıq davası - Yeni Qalmaqal

İbadoğlu ilə Hacılının başqanlıq davası - Yeni Qalmaqal
  03 Oktyabr 2014    Oxunub:2841
“Müsavatın çətin günlərdə Vurğun Əyyub ortada olmayıb, mən olmuşam...”
Müsavatın yeni başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli ilə müsavatçılar arasında qalmaqal davam edir.

Başqanlıq seçimlərində məğlub olan Qubad İbadoğlunun Arif Hacılıya ünvanladığı etirazlara sərt təpki göstərən Hacıbəyli bu dəfə Vurğun Əyyubla söz duelinə çıxıb.

AzVision.az xəbər verir ki, V.Hacıbəyli bildirib ki, Müsavatın çətin günlərində Vurğun Əyyub ortada olmayıb.

“Müsavat Partiyası üçün həmin çətin günlərdə Vurğun Əyyub ortada olmayıb, olubsa da statist rolunda olub, heç bir məsələnin məsuliyyətini öz üzərinə götürməyib. Qubad İbadoğlu isə heç statist kimi də ortada olmayıb. Keçək xəstəlik məsələsinə. Bəli, mənim səhhətimdə müəyyən problemlər var, ağır formada şəkərli diabetdən əziyyət çəkirəm, gündə üç dəfə insulin vururam. Bir il əvvəl ürəyimdə aorta koranar şuntlama əməliyyatı olub. Hal hazırda da, aorta damarının daralması diaqnozu ilə ölkədən xarıcdə müalicədəyəm. Amma həyatım üçün heç bir təhlükə yoxdur. Bunu narahat ola biləcək dostlar üçün deyirəm.Həmin o şəkər xəstəliyini də 2004- cü ildə,aylarla davam edən məhkəmələrdə keçirdiyim stresslə bağlı tapdım, Vurğun bəy.

Çünki nə sən, nə Qubad İbadoğlu epizodik hallar istisna olmaqla oralarda ümumiyyətlə gözə dəymədiniz”.

Hacıbəyli həmçinin Vurğun Əyyubun ona tərbiyəsiz deməsinə də münasibət bildirib:

“İndi də keçək tərbiyədəki qüsurlar məsələsinə.Tərbiyəsizlik hərəkatda olan yoldaşların barədə istintaqa yalan ifadə verməkdi,onlar barəsində şər- şəbədə danışmaqdı. Tərbiyəsizlik nümunəvi keçən bir qurultaydan sonra səsvermənin nəticələrinə kölgə salıb,qurultayın qəbul etdiyi qərarları legitim saymıram bəyanatını verməklə partiyanın nüfuzuna sağalmaz zərbə vurmaq hikkəsini nümayiş etdirməkdi.

Qubad İbadoğlunu müdafiə etmək sənin hüququndu və seçkiqabağı kampaniyadakı fəaliyyətinlə bağlı mən heç bir mənfi fikir söyləməmişəm.

Mənim etirazım qurultaydan sonrakı qeyri-sağlam mövqelərlə, həm də Qubad İbadoğlunun "mən Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzdum" mülahizəsi ilə bağlı olub. Mən bildirmişəm ki, bu mülahizə həqiqətə uyğun deyil. Vəssalam. Öz mülahizəmi isə faktlarla sübut etmişəm. Qubad İbadoğlunu dəstəkləyən və rəhbərlikdə təmsil olunan 36 nəfərin siyahısını mətbuatda çap edən mən deyildim ki? Mən bu olaya münasibət bildirmişəm. Mənim mülahizələrimdə razı olmadığınız məqamlar varsa, ortaya arqument qoyun. Buna görə məni tərbiyəsiz, mənəvi haqqı olmayan və sair adlandırmağın özü sizin hansı tərbiyənin və hansı mənəviyyatın sahibi olduğunuzu çox bariz nümayiş etdirir. Məncə əlavə şərhə ehtiyac yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qubad İbadoğlu tərəfdarları ilə Arif Hacılını dəstəkləyənlər arasında ziddiyaətli mübahisələr davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti