Bayram günlərində yağış yağacaq

Bayram günlərində yağış yağacaq
  03 Oktyabr 2014    Oxunub:1821
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15, gündüz 17-22 dərəcə isti olacaq.

Rayonlarda oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əsasən Lənkəran-Astara zonasında intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.




Teqlər:  



Xəbər lenti