Cəmil Həsənli və qızı istintaqa çağırıldı

Cəmil Həsənli və qızı istintaqa çağırıldı
  03 Oktyabr 2014    Oxunub:3988
Milli Şuranın sədri Cəmil Həsənli və qızı Günel Həsənli bu gün istintaqa çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Milli Şuranın mətbuat katibi Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, onlar bu gün saat 14:00 radələrində istintaqa çağrılıb.

Qeyd edək ki, Günel Həsənli bir müddət əvvəl idarə etdiyi maşınla piyadanı vurmaqda və hadisəni polisdən gizlətməkdə ittiham edilir.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti