Bakıda qaçaqmalçı tutuldu

Bakıda qaçaqmalçı tutuldu
  03 Oktyabr 2014    Oxunub:2383
Bakıda qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan şəxs ələ keçib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə axtarışda olan Yasəf Mehdiyev tutulub.

Ondan “Beretta-92” markalı tapança, 2 ədəd patron, 1 ədəd beşbarmaq və 43,164 qram tiryək götürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti