Praqada Azərbaycan kursu açıldı

Praqada Azərbaycan kursu açıldı
  03 Oktyabr 2014    Oxunub:1721
Oktyabrın 2-si Mərkəzi Avropanın ən qədim universiteti və Çexiyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Karlova universitetinin tələbələri ilk dəfə olaraq Şərqi Avropa təqiqatları institutunun fəlsəfə fakültəsində açılmış “Azərbaycanünaslığa giriş” kursunda iştirak ediblər.
“Azərbaycanşünaslıq” və “Yeni başlayanlar üçün Azərbaycan dili” kursları Karolv universitetində Azerbaijan Student Network (Azərbaycan Tələbələri Şəbəkəsi) təşkilatının təşəbbüsü ilə açılıb. Təşkilat 2013 ildən etibarən Çexiyada fəaliyyət göstərir.

Təşkilatın Praqa ofisinin rəhbəri Eldar Vəliyevin sözlərinə görə, Avropanın ən qədim universitetlərindən birinin nəznində azərbaycan dili kurslarının açılması fikri hələ ötən semestrin ortalarında meydana gəlb.

Azərbaycan dili ilə bağlı fənnləri həftədə iki dəfə çex dilində azərbaycanlı mühazirəçi, Karlov universitinin məzunu Leyla Musayeva tədris edəcək. Kursların iki ölkə arasınakı mədəni, elmi və iqtisadi əlaqələrin daha dərinləşməsinə kömək edəcəyi gözlənilir.

Qeyd edək ki, «Azerbaijan Student Network» tələbə-gənlər təşkilatı 2011-ci ildə Berlində təsis olunub.


Teqlər:  



Xəbər lenti