Vurğun Əyyub Qubad İbadoğlu ilə partiya yaradır? - AÇIQLAMA

Vurğun Əyyub Qubad İbadoğlu ilə partiya yaradır? - AÇIQLAMA
  04 Oktyabr 2014    Oxunub:2496
Müsavat partiyasının üzvü Vurğun Əyyub partiyanın başqanlığa keçmiş namizədi Qubad İbadoğlu ilə birlikdə partiya yaradacağı haqda iddialara aydınlıq gətirib.

O, AzVision.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bizim Qubad bəylə bu mövzuda heç bir müzakirəmiz olmayıb. Həmçinin mən hələ Müsavat partiyasının üzvüyəm”.

Qeyd edək ki, parityanın sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı başqan seçilsə də qurultaydan sonra seçki prosesilə bağlı narazılıqlar yaranıb. Belə ki, Qubad İbadoğlu və başqa partiya üzvləri seçki ilə bağlı tənqidi fikirlər səsləndirib.

Həmçinin yayılan məlumatlara görə, Qubad İbadoğlu Vurğun Əyyubla birlikdə Müsavatdan ayrılaraq yeni partiya yaratmağı planlaşdırır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti