Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
  04 Oktyabr 2014    Oxunub:1430
Azərbaycanda növbəti dəfə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yerli vaxtla saat 17:39-da Şəkidən 6 km şərqdə 3 maqnitudalı zəlzələ qeydə alınıb. Dərinliyi 9 km olan zəlzələ 3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti