Xalq artisti: `150 manat pensiya alıram`

Xalq artisti: `150 manat pensiya alıram`
  04 Oktyabr 2014    Oxunub:3028
151 manat təqaüd alan xalq artisti danışdı
AzVision.az gecce.az-a istinadən xəbər verir ki, bu gün "Evdəyik" verilişinin qonağı xalq artisti, xanəndə xanım Qəndab Quliyeva olub. Xanım sənətkar verilişin aparıcısı Ülvira Qarayevanın bir sıra suallarını cavablandırıb. Lakin aparıcının xalq artistinə ünvanladığı "Neçə yaşınız var? Təqaüdə çıxmısınızmı?" sualına xalq artistinin cavabı gözlənilməz olub:

"64 yaşım var. 57 yaşımda təqaüdə çıxmışam. Mən 1973-cü ildən toxuculuq kombinatında toxucu işləmişəm. Hələ onda bilmirdim ki, səsim var. Sonradan "Asəf Zeynallı"ya qəbul olub, oranı bitirmişəm. Daha sonra İncəsənət Universitetinə qəbul olub, Opera Balet Teatrında işləmişəm və gəlib bu günə çıxmışam. İndi 151 manat pensiya alıram. Mən heç vaxt ağlamamışam. Pulum olmasa da, hətta! Pulum olanda da özümü elə aparmışam ki, deməsinlər pulu var, göynən gedir".


Teqlər:





Xəbər lenti