İlqar Mikayıloğlu Xoşqədəmlə veriliş aparacaq

İlqar Mikayıloğlu Xoşqədəmlə veriliş aparacaq
  04 Oktyabr 2014    Oxunub:6062
Uzun illər çalışdığı ANS-dən bu günlərdə ayrılan telejurnalist İlqar Mikayıloğlu həmkarı Xoşqədəm Hidayətqızı ilə işbirliyinə başlayır.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, ANS-in “Günəbaxan” verilişinin keçmiş aparıcısı İ.Mikayıloğlu ATV-də yayımlanan “Səni axtarıram” verilişində artıq ekspert kimi iştirak edəcək. İ.Mikayıloğlu həmin verilişə bu həftənin bazar günü yayımlanacaq buraxılışında ilk dəfə qatılacaq.

ANS-dən ayrılan İlqar Mikayıloğlunun başqa bir telekanalda işləyəcəyi hələ o zaman da deyilirdi. Lakin İ.Mikayıloğlu qolu sındığı üçün hələlik işləməyi düşünmədiyini bildirmişdi.

Qeyd edək ki, sabiq deputat Gülər Əhmədovanın qardaşı olan İ.Mikayıloğlunun ATV-də yeni müəllif proqramı ilə çıxış edəcəyi haqda da fikirlər səsləndirilirdi.


Teqlər:



Xəbər lenti