Xəbərdarlıq: yeni zəlzələlər olacaq

Xəbərdarlıq: yeni zəlzələlər olacaq
  04 Oktyabr 2014    Oxunub:2379
Şəkidə bir neçə dəqiqə bundan əvvəl də zəlzələ baş verib.

AzVision.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, təxminən 19: 40 radələrində Şəkidə ard-arda bir neçə zəlzələ qeydə alındı.

"Birinci zəlzələnin 2,5, növbəti dəfə baş verən zəlzələlərin gücü isə 3,1 və 3,5 bal gücündə olub", deyə Q.Yetimişli bildirdi.

Onun sözlərinə görə, Şəkidə bir gündə bu qədər zəlzələnin olmasının əsas səbəbi bu ilin əvvəlində Haciqabulda 6 bala yaxın zəlzələnin baş verməsidir.

"Həmin zəlzələdən sonra Azərbaycanda bütün zəlzələ ocaqları oyandı. Ona görə də belə mütəmadi zəlzələlər baş verir. Zəlzələlə ola blisin davam etsin. Amma burada qorxulu heç nə yoxdur. Kiçik ölçülü zəlzələlərdir", deyə Q.Yetirmişli bildirdi.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:39-da Şəkidən 6 km şərqdə 3 maqnitudalı zəlzələ qeydə alınıb.

Dərinliyi 9 km olan zəlzələ 3 bala qədər hiss olunub. Saat 19:40 radlərində isə Şəkidə zəlzələ yenə təkrarlanıb. Belə ki, əvvəlki zəlzələ ilə müqayisədə daha güclü yeraltı təkan hiss olunub.


Teqlər:





Xəbər lenti