`Şəhidlərimizin qisası alınacaq` - Nazirdən əmr

`Şəhidlərimizin qisası alınacaq` - Nazirdən əmr
  04 Oktyabr 2014    Oxunub:2260
Ermənistan Respublikasının kütləvi informasiya vasitələri həmişə olduğu kimi növbəti dəfə özlərinin qeyri-hökumət təşkilatları, sosial mediaları vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında erməni ictimaiyyəti üçün dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir.

AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bununla bağlı nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, cari ilin iyul-avqust aylarında erməni kəşfiyyat-təxribat qruplarının mövqelərimizə hücum etmək cəhdlərinin qarşısının alınması zamanı ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi Ordumuzun onlara vurduğu sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edirlər.

Bəyanatda bildirilir ki, Ermənistan Respublikasında hakimiyyətə qarşı başlanan kütləvi aksiyalardan, daxili çəkişmələrdən qorxuya düşən cinayətkar Yerevanın hərbi-siyasi rejimi cəbhədə verdiyi itkiləri azaldaraq, əhalinin fikrini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin pozulması haqqında təxribat və dezinformasiya xarakterli şişirdilmiş məlumatlar yaymaq vərdişindən əl çəkmir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, müdafiənin ön xəttində yerləşən bölmələrimiz erməni tərəfinin istənilən təxribatının qarşısını almağa və onu darmadağın etməyə hazırdır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda həmişə döyüşə hazır olan əsgər və zabitlərimiz Müdafiə nazirinin əmrinə əsasən şəhid olan və yaralanan hər bir hərbçimizin qisasını düşməndən birə on qat artıqlaması ilə alırlar və bundan sonra da alacaqlar.


Teqlər:  





Xəbər lenti