Bərdədə avtomobil ağaca çırpıldı: 4 yaralı
Şamil Məmmədlinin idarə etdiyi “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və sərnişinlər - Nigar Məmmədli, 4 yaşlı Şəhriyar və 2 yaşlı Asiman xəsarət alıb.
Yaralılar kənd sakinlərinin köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.
Rayon Polis Şöbəsinin əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar. İlkin ehtimala görə, qəzaya yağışlı hava şəraitində avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


