Ermənilər Tərtər sakinini yaraladı

Ermənilər Tərtər sakinini yaraladı
  04 Oktyabr 2014    Oxunub:1852
Traktor sürücüsü dərhal rayon xəstəxanasına çatdırılıb
Hərb Ermənilər bu gün daha bir dinc Azərbaycan vətəndaşını yaralayıblar.

Hadisə Tərtər rayonunun Qapanlı kəndində baş verib. Kənd sakini, traktor sürücüsü Alqayıt Quliyev sol ayağının bud nahiyəsindən yaralanıb. O, traktoru ilə oktyabrın 2-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəş açılmış ekskavatoru çıxarmaq istəyirmiş. Həmin gün ekskavatorun sürücüsü heç bir xəsarət almamışdı. Amma traktor sürücüsü yaralanıb.

Alqayıt Quliyev kənd sakinlərinin köməyi ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, güllə Alqayıt Hüseynovun ayağını sıyırıb. Xəstənin vəziyyəti normaldır. Yardım göstərildikdən sonra evə buraxılıb.(ans)


Teqlər:



Xəbər lenti