“Ağrısız yatmaq istəyirəm...” – Vaqif Səmədoğlu

“Ağrısız yatmaq istəyirəm...” – Vaqif Səmədoğlu
  04 Oktyabr 2014    Oxunub:3625
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq şairi Vaqif Səmədoğlu yeni şeirini paylaşıb.
AzVision.az xəbər verir ki, Xalq şairi Facebook səhifəsində paylaşdığı şeirində yaşadığı çətin günlərdən söz açaraq ağrısız yatmaq istədiyini qeyd edib:

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirem.

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq isteyirem...




Teqlər:





Xəbər lenti