İcra hakimiyyətinin maşınları toqquşdu - Yenilənib

İcra hakimiyyətinin maşınları toqquşdu - Yenilənib
  05 Oktyabr 2014    Oxunub:2691
Paytaxtın Fəhlə prospektində ağır yol qəza hadisəsi baş verib.
AzVision.az axar.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) məxsus 90 JK 816 və 90 JK 806 dövlət nömrə nişanlı iki zibil daşıyan yük maşını Nargilə kafesinin yanında bir-biri ilə toqquşub.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, qəza nəticəsində 90 JK 806 dövlət nömrə nişanlı zibil maşınının sürücüsü yaralanıb. Təcili Tibbi Yardım maşınında xəstəxanaya göndərilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Prospektdə böyük tıxac yaranıb.

Hadisə yerində araşdırma aparan Dövlət Yol Polisi əməkdaşları tıxacı aradan qaldırmağa və yolu tam açmağa çalışırlar.

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb. FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda iki “MAN” markalı yük avtomobili toqquşub, nəticədə yük avtomobillərindən biri ağır deformasiyaya uğrayıbr. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:43-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti