Məktəb dərslikləri planşetlə əvəzlənir

Məktəb dərslikləri planşetlə əvəzlənir
  05 Oktyabr 2014    Oxunub:1937
Bundan sonra orta məktəb şagirdləri dərslərini kitablardan yox, planşetlərindən oxuya biləcəklər. Buna Təhsil Nazirliyinin yeni layihəsi imkan yaradıb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Təhsil Nazirliyi tərəfindən yeni elektron dərslik portalı istifadəyə verilib.

Yeni layihə sayəsində şagirdlər dərslikləri elektron formatda oxuya biləcəklər.

Nazirliyin açıqlamasında qeyd olunur ki, məktəblilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanıblar.

Hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaq.

Yəqin yaxın gələcəkdə şagirdlərin məktəbə kitab aparmasına ehtiyac qalmayacaq.

Bəs dərsliklərdəki biabırçı səhvlər kağız üzərindən elektron formaya köçürüləcək, yoxsa yeni variantda o səhvlərlə rastlaşmayacağıq? Bunu isə gələcək göstərəcək.


Teqlər:





Xəbər lenti