Forum iştirakçılarının qədim Şəki ilə ilk tanışlığı Şəki xanlarının sarayını ziyarətlə başlayıb. Daha sonra onlar sarayın həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olub, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Şəkiyə səfərləri çərçivəsində Forum iştirakçıları XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi, XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Şəki Cümə Məscidi və Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanış olublar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


