Abutalıbovdan sakinlərə sərt xəbərdarlıq - FOTO

Abutalıbovdan sakinlərə sərt xəbərdarlıq - FOTO
  06 Oktyabr 2014    Oxunub:7849
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərinə xəbərdarlıq edib.

AzVision.az xəbər verir ki, meriya avtobus dayanacaqlarında hər hansı elan, bildiriş və reklamların qanunsuz olaraq yerləşdiriməsinə etiraz edərək bu kimi halların qarşısını almaq üçün sərt cəzaların tətbiq ediləcəyini bəyan edib.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avtobus dayanacaqlarında bununla əlaqədar müraciət yerləşdirilib.

Müraciətdə bildirilir ki, dayanacağa hər hansı bildiriş və ya elanların yapışdırılması qəti qadağandır. Əks halda məsul şəxsə qarşı qanun çərçivəsində tədbir görüləcək.



Anar RÜSTƏMOV


Teqlər:  



Xəbər lenti